İşıqforlar işləmir: BNA polisi suçladı

İşıqforlar işləmir: BNA polisi suçladı

Binəqədi rayonu Süleyman Sani Axundov-106 ünvanında olan işıqforlar bir həftədir işləmir.

Aktual.az xəbər verir ki, işıqforların işləməməsi həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə yaradır.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu məsələyə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) baxır.

Lakin Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) açıqlamasında bildirdi ki, həmin ərazi onların tabeliyində deyil.
Xəbər 1713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR