"İslam dövləti” terror təşkilatı məşhur rusiyalı YouTube-blogger İlya Meddisonu Quranı təhqir etdiyinə görə cəzalandıracağını bildirib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ekstremistlərin "Д///ИХАД” adlı Twitter hesabında məlumat yerləşdirilib.
Bloggerin Quran və ayaqyolu ilə bağlı zarafatı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
İŞİD terrorçuları qeyd edirlər ki, Meddison ya Moskvada, ya da Sankt-Peterburqda yaşayır.
Yaraqlılar müqəddəs kitabı təhqir etdiyi üçün ondan intiqam almağın vacib olduğunu bildiriblər.
İlya Meddison (əsl adı İlya Davıdov) məşhur rusiyalı aparıcı və bloggerdir. 2009-cu ildə "Runetin qəhrəmanı” mükafatına layiq görülüb. TNT və MTV kimi telekanallarda işləyib.
Aktual.az
Xəbər 416 dəfə oxunub.