İraqın İŞİD-lə apardığı müharibə və nəticəsində infrastruktua dəyən ziyanın məbləği 35 milyard dollar dəyərindədir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi açıqlama yayıb. Baş nazirin sözlərinə görə bu məbləğə İŞİD-in İraq əhalisinə vurduğu ziyan daxil edilməyib.
Əl-Abadi İraq ordusunun ölkə hüdudularından kənarda da İŞİD-lə mübarizə aparmağa hazır olduğunu bəyan edib:
"Əgər İraq üçün təhlükə varsa, biz qonşu ölkələrdə də İŞİD-in mövqelərinə zərbə endrimək üçün tərəddüd etmərik."
Aktual.az
Xəbər 410 dəfə oxunub.