Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi Fırat Qalxanı Hərəkatında 22 terrorçu zərərsizləşdirilib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Suriyanın şimalında həyata keçirilən əməliyyatlar zamanı İŞİD terror təşkilatına mənsub olan 272 mövqe hədəfə alınıb, 22 terrorçu ələ keçirilib.
Hava hücumu zamanı 21 bina, 2 qərargah binası və cəbbəxana dağıdılıb.
Bildirək ki, Türkiyə Silahlı Qüvvələri ( TSK) həmin ərazilərdə yerli vətəndaşlar zərər görməsin deyə lazımi tədbirləri görüb.
Aktual.az
Xəbər 487 dəfə oxunub.