Çirkin olduğunu düşünüb özünü öldürmək istədi - FOTO

Çirkin olduğunu düşünüb özünü öldürmək istədi - FOTO
  • DÜNYA

14 yaşından bəri "çox çirkin olduğuna" inanaraq yaşayan Alana Beqvell 3 dəfə özünü öldürməyə cəhd edib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, gənc qız yaşadığı "bədən dismorfik pozğunluğu" səbəbiylə bədənindəki kiçicik bir qüsuru belə həddindən artıq dərəcədə qabardaraq, insanların onun xarici görüntüsünə dair dediyi müsbət rəylərə də inanmır.

20 yaşlı Beqvell xəstəliyinin təsiriylə gündə 200-dən çox selfi çəkib ən gözəlini tapmağa çalışır. Makiyaj üçün isə gündə 4 saatını sərf edir.

Uşaqkən məktəbə gedəndə insanların ona baxıb-baxmadığına mütəmadi olaraq diqqət etdiyini, onun haqqında danışıb-güldüklərini düşündüyünü söyləyən Beqvell buna görə 3 dəfə yüksək dozada ağrıkəsici həb içərək intihara cəhd edib.

Beqvellin narahatlığını artıran səbəblərdən  biri də özünü tez-tez şəbəkədə gördüyü yaşıdlarıyla müqayisə etməsi olub.

Beqvell indi universitetdə psixologiya ixtisası üzrə təhsil alır.

Məqsədinin isə eyni narahatlıqdan əziyyət çəkən insanlara kömək etmək olduğunu ifadə edir.











Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR