İnanıram ki, bu, sülh müqaviləsi kimi kağız üzərində təsbit oluna və üstəlik, imzalana biləcək konkret nəticəsi olmayan növbəti görüş olacaq. Ayrı-ayrı məkanlarda keçirilən bu görüşlər tədricən, addım-addım mövqeləri yaxınlaşdırmağa, hələ də həllini tapmayan məsələləri müzakirə etməyə, yanaşmalar tapmağa yönəlib. Bu, əvvəlki dövrdə baş verənlər silsiləsindən növbəti görüş olacaq.
Aktual.az xəbər verir ki, bu sözləri Rusiyanın "Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında 15 iyulda Brüsseldə gözlənilən görüş haqda "Vestnik Kavkaza"ya deyib.
Politoloq qeyd edib ki, hazırda Ermənistan Azərbaycanla danışıqlara və razılaşmalara daha çox meyillənib:
"Əsas səbəb qlobal trendlərdən kənarda qalmamaq istəyidir. Ermənistan hakimiyyətin işğalçılıq zehniyyətinin qalıqları və qonşulara iddiaları ilə kifayət qədər marginallaşmış ölkədir. Eyni zamanda, İrəvanda belə bir anlayış var ki, dünya artıq dönməz şəkildə dəyişib və nəqliyyat kommunikasiyalarının açılması, qonşularla sağlam münasibətlərin qurulması, normal iqtisadi inteqrasiyanın başlanması həm regional, həm də qlobal prosesdir.
Hesab edirəm ki, bütün bunlar Ermənistanı tədricən Azərbaycanla münasibətlərə strateji yanaşmaları dəyişməyə doğru aparır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, sülh müqaviləsinin imzalanmasına hələ xeyli vaxt var. Uzun, mərhələli proses əvəzinə hər hansı sıçrayış gözləməyə gərək yoxdur”.
Xəbər 559 dəfə oxunub.