İraq: "Neftin bahalaşmasının vaxtıdır"

İraq:

Neft istehsal edən ölkələr qiymətlərin yüksəlməsini istəyirlərsə, hasilatın dondurulması barədə razılaşmalıdırlar.


Aktual.az axar.az-a istinadən bildirir ki, bunu İraq Dövlət Neft Şirkətinin baş direktoru Falah Alamiri deyib.

"Onlar müqavilə bağlamalıdırlar. Bu, qiymətlərin bahalaşması üçün başlıca yoldur. İraq bunu dəstəkləyir. ABŞ-da slans qazının hasilatı azalır. Bu isə neftə tələbatı artırır. İndi əsl vaxtdır. Bu razılaşma müsbət effekt verəcək", - Alamiri bildirib.

Qeyd edək ki, neft istehsal edən ölkələr aprelin 17-də Qətərin paytaxtı Dohada görüşəcəklər.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR