İraq neft hasilatını rekord həddə çatdırdı

İraq neft hasilatını rekord həddə çatdırdı

Rusiya və OPEK-in neft hasilatının azaldılması barədə danışıqları ərəfəsində İraq ölkənin neft istehsalını rekord səviyyəyə çatdırıb. Rəsmi Bağdad hasilatın azaldılması barədə qərarı təqdirə layiq hesab etsə də, ona qoşulmayıb.

Aktual.az  anspress-ə istinadən bildirir ki, İraqda hasilatın rekord həddə çatdırılması barədə məlumatı Bloomberg yayıb. Hasilatının azaldılması barədə növbəti görüşün isə aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacağı bildirilir.

Hələ yanvarda İraqın neft hasilatı rekord həddə - sutkada 4.43 milyon barel təşkil edib. Fevralda bu rəqəm gündəlik olaraq 4.46 milyon, mart ayında isə hasilat daha da artaraq 4.55 milyon barrel təşkil edib.​ 

İraq, həmçinin neft ixracatını da artırıb. Belə ki, bu ölkə mart ayında  sutkda 3.81 milyon barrel neft ixrac edib ki, bu da fevral ayında gündəlik 3.23 milyon barrel təşkil edib.

İraq neft hasilatına görə, OPEK-ə daxil olan ölkələr arasında Səudiyyə Ərəbistanından sonra ikinci yerdə qərarlaşıb. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, İraq dünyada neft ehtiyatlarına görə isə 5-ci yerdədir. 

Fevralda Rusiya Səudiyyə Ərəbistanı, Venesula və Qətər digər ölkələr də razılaşacağı təqdirdə neft hasilatının yanvar ayındakı səviyyədə donduruluması haqqında təklif irəli sürüb. Neft hasilatının dondurulmasında məqsəd sürətlə aşağı düşməkdə olan neftin qiymətini stabil həddə saxlamaq olub.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR