İranla Azərbaycan arasında razılaşma - 11 sənəd və memorandum

İranla Azərbaycan arasında razılaşma   - 11 sənəd və memorandum

Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında keçirilən görüşdən sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytında məlumat yer alıb.

Bildirilir ki, Prezidentlər arasında 11 saziş və qarşılıqlı əlaqələrin inkişafına dair memorandum imzalanıb.

Razılaşmalar fövqəladə halların nəticələrinin azaldılması, ikitərəfli gömrük əməkdaşlığı, baytarlıq, elektrik enerjisi, dəmir yolları, Astara-Astara dəmir yolu körpüsü, qadın və ailə, sağlamlıq və tibb elmi, məşğulluq və sosial dəstək, neft və qaz, tibb məhsulları sahəsində əməkdaşlığı nəzərdə tutur.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR