İranın bəyanatından sonra neft sürətlə bahalaşır

İranın bəyanatından sonra neft sürətlə bahalaşır

Dünya bazarında neftin qiyməti İranın neft üzrə nazirinin bəyanatından sonra sürətlə bahalaşmağa başlayıb.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, nazir Bijan Namdar Zanqane ölkəsinin qara qızılın qiymətinin yüksələməsində istənilən təşəbbüsü dəstəkləyəcəyini bildirib.

Saat 19.41-ə olan məlumata görə, Brent markalı neftin aprel fyuçeslərinin qiyməti 5,50% artaraq bir barelə 33,94 dollar olub.

WTI neftinin mart fyuçeslərinin qiyməti isə 4,92% qalxaraq bir barelə görə 30,47 dollara çatıb.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını 11 yanvara olan səviyyədə dondurmaq barədə razılıq əldə ediblər.

Sonradan bu razılığa Ekvador, Əlcəzair, Nigeriya və Omanın da qoşulduğu bildirilir.

Aktual.az

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR