İrana PUA hücumu: dağıntılar var

İrana PUA hücumu: dağıntılar var
  • DÜNYA

Sentyabrın 18-i səhər saatlarında İranın Gülüstan əyalətinin Qorqan şəhərində PUA-nın yaşayış bölgəsinə düşməsi nəticəsində iki nəfər yaralanıb.
Aktual.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Güclü partlayış nəticəsində ətrafdakı evlərin və avtomobillərin şüşələri sınıb, sakinlər arasında təşviş yaranıb.
PUA-nın hansı ölkə və ya quruma bağlı olduğu barədə heç bir açıqlama verilməsə də, onun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilib.
Hadisə yerinə çox sayda SEPAH rəsmiləri və təhlükəsizlik məmurları toplaşıb, yollar bağlanıb.
Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR