İran Trampdan niyə ehtiyat edir?

İran Trampdan niyə ehtiyat edir?
  • DÜNYA

İran parlamenti miqrant məsələsi ilə bağlı olaraq ABŞ-a çağırış edib.

Ölkə.Az xəbər verir ki, İran parlamenti ABŞ-ı Səudiyyə Ərəbistanı vətəndaşlarına da qadağa tətbiq etməyə çağırıb. Azərbaycanlı siyasətçilər düşünürlər ki, bu adım bir daha İranın Səudiyyə Ərəbistanı ilə düşmənçilik övqeyindən çıxış etməsindən xəbər verir. Tanınmış politoloq Arzu Nağıyev Ölkə.Az-a bildirib ki, İran Səudiyyə Ərəbistanı ilə tarixi düşmənçiliyini yeridir. Onun fikrincə. məhz İran parlamenti ABŞ-ı Səudiyyə Ərəbistanı vətəndaşlarına da qadağa tətbiq etməyə çağırışı da bu məqsəd daşıyır.

"İranla Səudiyyə Ərəbistanı arasındakı söz atışması uzun müddət davam edir. İki dövlət arasında sünni-şiə söhbəti olduğuna görə, eyni zamanda, arada diplomatik narazılıqların olması, Həcc ziyarətindəki kvota və s. problemlərlə bağlı iki dövlət arasında mübarizə gedir. Bundan başqa, Səudiyyə Ərəbistanı Suriya böhranında məhz ABŞ tərəfindən çıxış edir. İran isə çalışır Rusiya ilə koalisiya yaratsın. Çünki gözəl başa düşür ki, Əsəd rejimi nə qədər qalsa, İran onun yanındadır. Sabah Əsəd rejimi devrilsə, növbəti devrilmə prosesi İrana keçə bilər”, - deyə A.Nağıyev bildirib.

Siyasətçinin fikrincə, İran ABŞ-dan həm də İsrail məsələsinə görə ehtiyat edir: 

"İran çəkinir ki, Trampla Netanyahu arasında müəyyən razılıq əldə ola bilər. İsrail məsələsi ortaya gələ bilər. Hizbullah və digər məsələlərə görə də gərginlik var. Raketin sınaqdan keçirilməsi məsələlərinə görə Trampın son bəyanatı baxımından da İran narahatdır. Bu səbəbdən də, İran Tramp hakimiyyətindən razı ola bilməz”.
 
Aktual.az
Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR