İran səfiri: Ermənistanın fars dilinin öyrənilməsinə şərait yaratmasını yüksək qiymətləndiririk

İran səfiri: Ermənistanın fars dilinin öyrənilməsinə şərait yaratmasını yüksək qiymətləndiririk
  • DÜNYA

İran Ermənistandakı səfirliyinin maliyyə dəstəyi ilə İrəvanda əsaslı təmirdən çıxan məktəbdə "Hafiz zalı” və fars dili sinfi açıb.
Aktual.az xəbər verir ki, məlumatı "Azad İran” saytı yayıb.
Bildirilib ki, açılış mərasimində İranın İrəvandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin iştirak edib.
Məlumata görə, Mehdi Sübhani Ermənistan hökumətinin məktəblərdə fars dilinin öyrənilməsinə şərait yaratmasını və müəllimlərin fars dilində tədrisini yüksək qiymətləndirərək deyib ki, ölkədə fars dili sinifinin açılması İran və erməni xalqları arasında dostluq əlamətidir.
Məktəbin direktoru Lusin Qriqoryan farscanın tədrisinə dəstəyinə görə İran səfirinə təşəkkür edib, bu dili öyrənən şagirdlərin gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacağına, bilik və bacarıqlarını İran-Ermənistan əlaqələrinin inkişafına sərf edəcəklərinə inandığını deyib.
Açılış mərasimində habelə erməni şagirdlərə fars dili kitabları paylanılıb.
Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü var. Onların ana dilində bir sinif məktəbi belə yoxdur.

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR