İran Rusiya ilə vizanı ləğv edə bilər

İran Rusiya ilə vizanı ləğv edə bilər
  • DÜNYA

İran Rusiya ilə vizanı ləğv etməyə hazırdır, amma bu məsələdə Rusiya İranı tələsməməyə və ilkin olaraq, turistlər üçün vizanın ləğv edilməsinə çağırıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Medi Sanai bəyan edib. 

"Hələlik viza rejiminin ləğv olunması və vizasız mübadiləyə dair danışıqlar aparmamışıq. Turistlər üçün viza rejiminin ləğv edilməsindən sonra bu proses də başlaya bilər. İran tərəfi buna hazırdır, çünki bir çox dövlətlərlə viza rejiminin ləğvinə dair plan var. Amma rusiyalı həmkarlarımız ilkin olaraq, turistlər üçün vizanın ləğv edilməsini təklif etdilər. Bu, mərhələlərlə həyata keçiriləcək”, - Sanai bu barədə "Rossiya-24” telekanalının efirində bəyan edib.  
 
Aktual.az
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR