İran prezidentindən Trampa sərt reaksiya — Siyasət məsələsində səriştəsizsən

İran prezidentindən Trampa sərt reaksiya — Siyasət məsələsində səriştəsizsən
  • DÜNYA

İranın prezidenti Həsən Ruhani ABŞ prezidenti Trampın viza qadağasına sərt reaksiya göstərib

Ölkə.Az xəbər verir ki, Ruhani Tramp administrasiyasını siyasət məsələsində səriştəsiz adlandırıb.

Həsən Ruhani ABŞ-ın aralarında İran da olan 7 müsəlman ölkəsi vətəndaşlarının Birləşmiş Ştatlara girişinə qadağa qoyan qərarına reaksiya göstərib və deyib: "Başqa millətlərin vizalarını ləğv etmək siyasətə yeni başlayan insanların edəcəyi bir işdir".

Paytaxt Tehranda bir tədbirdə iştirak edən Ruhani deyib: "Bu gün xalqları bir-birindən ayırmaq günü deyil. Digər millətlərin vizalarını ləğv etmək siyasi arenaya yenicə qədəm qoyan insanların işi ola bilər. Bunlar siyasətə yeni atılıblar. Başqa sahədən siyasətə keçiblər. Onlar üçün yeni sayılan bu aləmi anlayana qədər həm özlərinə, həm də başqalarına ziyan vuracaqlar".

Trampın qərarının İran xalqını hədəf aldığı fikrini müdafiə edən Ruhani: "Beləcə ABŞ rəhbərliyinin İran dövləti əleyhinə olduqları, ancaq İran xalqını dəstəklədikləri barədə iddialarının da yalan olduğu təsdiqləndi. Xalqları ayırmaq üçün divar hörmək dövrü bitib. İndi münasibət, əlaqə dövrüdür. Bir neçə aylıq viza məhdudiyyəti xalqlar arasındakı bağları qopara bilməz"-deyib.
 
Aktual.az
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR