İran nüvə sazişi üzrə öhdəliklərin yeni azaldılmasından imtina edə bilər

İran nüvə sazişi üzrə öhdəliklərin yeni azaldılmasından imtina edə bilər
  • DÜNYA

Avropa öz öhdəliklərini vaxtında yerinə yetirəcəyi təqdirdə, İran Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəlikləri azaltmaq üçün üçüncü mərhələni yerinə yetirməkdən imtina edə bilər.

"Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Avropalılar cümə axşamınadək lazımi tədbirlər görməsələr, mayın 7-də qəbul edilmiş qərar əsasında bir məktub yazacağıq və üçüncü mərhələnin həyata keçirildiyini elan edəcəyik”, – deyə Zərif qeyd edib.
Onun sözlərinə görə, İran heç vaxt danışıqlar masasını tərk etməyib və həmişə BHFP-ni yerinə yetirməyə hazır olduğunu bildirib. Nazir qeyd edib ki, Avropa öz öhdəliklərini yerinə yetirərsə, İran öz öhdəliklərini yerinə yetirməyə davam edəcək.


Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR