"İran dərmanlarının tərkibində tanımadığımız maddələr olur"


Böyrək xəstəliyi ilə bağlı İran dərmanlarına çox güvən yoxdur.

Çünki həmin dərmanın tərkibində tanımadığımız maddələrdən istifadə olunur.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, cərrah-uroloq Fikrət Əhmədov deyib.

Onun sözlərinə görə, həmin dərmanların tərkibində ağrıkəsicilərin miqdarının çox olması ehtimalı var: "Azərbaycandan İrana gedən xəstələr ilkin mərhələdə ağrıları kəsildiyi üçün həkimlərdən razı qalırlar. Lakin müalicə dövründə effektiv nəticə almadıqda ağırlaşmış halda bizə müraciət edirlər. Belə olduğu halda isə bizim müalicə mərhələmiz də uzanmış olur".

Uroloq onu da qeyd edib ki, İrana gedib ağırlaşmalarla yenidən Azərbaycandakı həkimlərə müraciət edən xəstələrin sayı kifayət qədərdir:

"Xəstələr az vəsaitlə təcrübəsiz həkimə müraciət edir və pulu qurtardıqda ödəniş etmədiyi üçün xəstəxanadan çıxarılırlar. Nəticə isə təbii ki, ürəkaçan olmur".

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR