İran atom bombası istehsal etmək gücünə malikdir - Salehi

İran atom bombası istehsal etmək gücünə malikdir - Salehi
  • DÜNYA

Nüvə elmi və texnologiyasının bütün növləri bizdə var və İran istəsə, atom bombası əldə edə bilər.
Aktual.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri və Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Əliəkbər Salehi deyib.
İran dini lideri Əli Xameneiyə ən yaxın şəxslərdən biri sayılan Salehinin bu bəyanatının Qərbə ünvanlandığı deyilir.
Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının hazırkı rəhbəri Məhəmməd İslami də oxşar bəyanat səsləndirərək, ölkəsinin atom bombası istehsal etmək qabiliyyətində olduğunu deyib.
Xəbər 111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR