İpoteka krediti dörd aydır ki, heç kimə verilmir

İpoteka krediti dörd aydır ki, heç kimə verilmir

“Azərbaycan İpoteka Fondu” ASC 2016-ci ilin sentyabr ayının yekunu üzrə göstəricilərini açıqlayıb. 

Aktual.azFins.Az-a istinadən xəbər verir ki, iyun-avqust aylarında olduğu kimi, sentyabr ayında da ipoteka kreditləşməsi tamamilə dayanıb.

Nəticədə oktyabr ayının 1-ə ölkədə verilən ümumi məbləği 730 milyon 802 min manat olan 17 min 997 ipoteka krediti verilib. İlin əvvəlində isə ipoteka kreditlərinin sayı 17 min 925 ümumi məbləği isə 729 milyon 737 min manat idi.

Başqa sözlə, ilk yarım ildə ölkədə cəmi 72 ipoteka krediti verilib. Ümumilikdə bu il ərzində ipoteka kreditlərinin sayı kəskin azalıb. Belə ki, may ayında ümumi məbləği 100 min manat olan 2 ipoteka krediti, apreldə isə ümumi məbləği 93 min manat olan iki ipoteka krediti verilib.

Müqayisə üçün bildirək ki, ötən il iki devalvasiyaya baxmayaraq, ümumi məbləği 97 milyon 274 min manat olan 2146 ipoteka krediti verilmişdi. 2014-cü ildə isə 99 milyon 927 min manat məbləğində 2275 ipoteka krediti verilib.

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR