“İnterpol”un axtardığı azərbaycanlı biznesmen tutuldu

“İnterpol”un axtardığı azərbaycanlı biznesmen tutuldu

İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı iş adamı tutulub.

Aktual.az Report-a istinadən xəbər verir ki, vergi cinayətinə görə axtarışda olan Eldayaq Məmmədov Rusiya Federasiyasında saxlanılıb.

Qeyd edək ki, E.Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

E.Məmmədovun məhkəməsi Azərbaycanda keçiriləcək. 

Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR