İnternet məkanında yeni qaydalar tətbiq edilir

İnternet məkanında yeni qaydalar tətbiq edilir

ABŞ diplomatları internet məkanında müvafiq qaydaların tətbiq olunması üçün BMT-yə müəyyən normalar təqdim edib. BMT kiberməkanda bütün ölkələrin əməl edəcəyi qaydaların yaradılmasının zəruriliyi ilə razılaşıb.

Aktual.az xəbər verir ki, Bu normalara ölkələrin kiberhücumlar vasitəsilə digər ölkələrin mühüm infrastruktur obyektlərinə ziyan vurmağa səy göstərməmək, bir-birinin mühafizə sistemlərinə hücum etməmək, eləcə də digər ölkələrə öz ərazilərində törədilən kibercinayətlərin təhqiqində kömək etmək haqqında müddəalar daxildir. Ekspertlər komitəsi tərəfindən tərtib olunan xüsusi sənədə daxil ediləcək normaların BMT Baş Assambleyasının növbəti iclasında qəbul ediləcəyi gözlənilir.

 
Xəbər 1091 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR