"İnter" futbolçusunu 40 milyon avroya satışa çıxarıb

  • İDMAN

 İtaliyanın "İnter” klubu futbolçusu İvan Perişiçi satışa çıxarıb.

"Report” "Corriere Della Sera”ya istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub. Xorvatiyalı dünya çempionunun xidmətində İngiltərənin "Mançester Yunayted” və İspaniyanın "Atletiko” klublarının maraqlı olduqları bildirilir.
Qeyd edək ki, Perişiç 2015-ci ildən "İnter”də çıxış edir. O, cari mövsümdə A seriyasında 18 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR