İngilis dilində ən pis danışanlar azərbaycanlılardır

İngilis dilində ən pis danışanlar azərbaycanlılardır
  • DÜNYA

Azərbaycan ingilis dili bilən ölkələr reytinqində axırıncı yeri tutub. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə "EF Education First” saytının dərc etdiyi altıncı illik indeksdə bildirilib.

Beləliklə, Azərbaycan 57-ci yerdədir və qırmızı rənglə işarələnib, bu isə ölkədə ingilis dili səviyyəsinin çox aşağı olmasını göstərir. Avropa ölkələri arasında Azərbaycan 46,9 xal toplayaraq sonuncu yeri tutub. 

47,89 xal toplayan Türkiyə 51-ci yeri, Avropada isə sondan ikinci yeri tutur. 

Qeyd edilir ki, Azərbaycan və Türkiyə digər Avropa ölkələrindən geridədirlər. Belə ki, bu ölkələrdə yüksək ixtisaslı ingilis dili mütəxəssisləri azdır, bu dildə ünsiyyət isə əsasən yoxdur. 

Birinci yeri Niderland (72,16 xal) tutur. Reytinqin üçlüyünə Danimarka (71,15 xal) və İsveç (70,81 xal) düşüb. Ən aşağı göstərici Laos (38,45), Liviya (37,82) və İraqda (37,65) müşahidə edilib. 
 
Aktual.az 
Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR