İngilis azarkeşi döydü, 2,5 il müddətinə həbs olundu

İngilis azarkeşi döydü, 2,5 il müddətinə həbs olundu

İtaliyanın "Roma" futbol klubunun fanatı Daniel Şiusko İngiltərə "Liverpul"unun azarkeşini döydüyünə görə, 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə "Liverpool Echo" nəşri yazıb.
Ötən mövsüm aprelin 24-də Şiusko və İtaliya klubunun daha bir fanatı Filippo Lombardi Liverpul şəhərində Çempionlar Liqasının yarımfinal matçı öncəsi 53 yaşlı kişiyə hücum edərək ona müxtəlif xəsarətlər yetiriblər. Sonuncu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Lombardinin məhkəməsi bu ilin sonunda keçiriləcək.
 
Aktual.az
Xəbər 1111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR