Çin rəhbərliyi Trampa ultimatum verdi

Çin rəhbərliyi Trampa ultimatum verdi
  • DÜNYA

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "vahid Çin” siyasətindən imtina etsə, rəsmi Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək. 

Aktual.az AzVision.az-a istinadən  xəbər verir ki, bu barədə "The Global Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, əgər Vaşinqton Tayvana silah satsa, Pekin ABŞ-ı öz tərəfdaşı saymayacaq: "Trampın təxribatlarına cavab olaraq Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək və hətta bu qüvvələrə hərbi yardım da edəcək”. 

Tramp bundan öncə bəyan etmişdi ki, Vaşinqton "vahid Çin” siyasətinə bağlı olmalı deyil: "Mən "vahid Çin” siyasətini anlayıram, lakin mən anlamıram ki, əgər biz ticarət də daxil olmaqla bütün sahələrdə Çinlə razılığa gələ bilmiriksə, onda niyə bu siyasətə əməl etməliyik?”. 

Qeyd edək ki, Ağ Ev indiyə qədər "vahid Çin” siyasətini yürüdüb və Tayvan adasını Çinin bir hissəsi kimi qəbul edib. 
 
Aktual.az
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR