İmran Xanın ölkədən çıxışına qadağa qoyuldu

İmran Xanın ölkədən çıxışına qadağa qoyuldu

Pakistanın keçmiş baş naziri İmran Xan və rəhbəri olduğu "Təhriki İnsaf” Partiyasının siyasətçilərinin ölkədən çıxışına qadağa qoyulub.
Aktual.az xəbər verir ki, bu barədə "Geo Nyus” məlumat yayıb.
Məlumata görə, partiyanın bir neçə siyasətçisi son 3 gündə Pakistanı tərk etmək istəyərkən hava limanında saxlanılıblar.
"Nation” qəzetinin məlumatına görə, Pakistan Xalq Partiyasının rəhbəri Faysal Kərim Kundi İmran Xanın ABŞ-dan siyasi sığınacaq almaq üçün müraciət edəcəyini iddia edib.
İmran Xan isə deyilənləri təkzib edib və ölkəni tərk etməyi planlaşdırmadığını bildirib.
Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR