İmran Xan dindirilməyə çağırıldı

İmran Xan dindirilməyə çağırıldı

Pakistanın keçmiş baş naziri İmran Xan dindirilməyə çağırılıb.
Aktual.az xəbər verir ki, bu barədə "Geo Nyus” məlumat yayıb.
Məlumata görə, Xan Pakistanın ilk general-qubernatoru Məhəmməd Əli Cinnənin evinə və Lahordakı korporativ binaya edilən hücumları araşdırmaq üçün Pəncab administrasiyasının müstəntiqləri tərəfindən dəvət edilib.
Qeyd edək ki, İmran Xan mayın 9-da ölkədə baş verən iğtişaşlar zamanı həbs edilmişdi. Pakistan Ali Məhkəməsi onun həbsini qanunsuz saymışdı.
Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR