İlkin Süleymanov son söz üçün məhkəmədən vaxt istəyib - YENİLƏNİB

İlkin Süleymanov son söz üçün məhkəmədən vaxt istəyib - YENİLƏNİB

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Aktual.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçilərinin çıxışından sonra son söz demək üçün İ.Süleymanova verilib.
Lakin o, son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb.
13.19
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Aktual.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkilləri ötən gün başladıqları müdafiə çıxışlarını davam etdirəcəklər.
Eyni zamanda prosesdə İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəmişdi.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.



Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR