“İlin sonuna neftin qiyməti çox dəyişməyəcək”

“İlin sonuna neftin qiyməti çox dəyişməyəcək”

"Hesab edirəm ki, bu ilin sonuna dünya bazarında neftin qiyməti nə çox yüksələcək, nə də çox aşağı düşəcək”.


Bunu "Report”a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, professor Gürkan Kumbaroğlu bildirib.

"Bəzi analitiklər ilin sonuna neftin qiymətinin yüksələrək 100 dollar/barel olacağını proqnozlaşdırırlar. Qiymətlər qısa müddətlik də olsa 80 dollar/bareli keçdi. Amma mən qiymətin çox yüksələcəyini düşünmürəm. İlin sonuna qiymətlərin çox aşağı düşəcəyini də hesab etmirəm”,-deyə o qeyd edib.

Bununla belə, G.Kumbaroğlu konkret rəqəm söyləməyin çətin olduğunu, qiymətlərin bir neçə faktorla bağlı olduğunu bildirib.

O, ötən həftələrdə neftin qiymətində müşahidə olunan yüksəlişi geosiyasi qarışıqlıqlarla əlaqələndirib: "Dünyada baş verən geosiyasi qarışıqlıq neftin 1 barelinin 70-80 dollara yüksəlməsində təsirli oldu. Bir tərəfdən OPEC+ razılığı çərçivəsində təklifin azalmasına görə tələb tərəfindəki canlanma ilə qiymətlər yüksəlmşdi. Amma buna geosiyasi məsələlər, xüsusilə də Venesuela və İrana qarşı sanksiyalar, Yaxın Şərqdə artan geosiyasi risklər də təsir göstərməyə başladı. Mənim gözləntim bir yerdə tarazlığın yaranmasıdır. Mən neftin qiymətinin asanlıqla əvvəllər olduğu kimi 100 dollar/bareldən çox olacağını hesab etmirəm. Çünki artıq şist nefti reallığı var və Amerika hasilatı artırır. Qiymətlərin biraz tarazlaşacağını, 70-80 dollar/barel arasında olacağını, uzun müddətdə isə qiymətlərin azalacağını hesab edirəm”.

 
Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR