İlin ən çox satılan kitabı məlum oldu

İlin ən çox satılan kitabı məlum oldu
  • DÜNYA

"Harri Potter və Lənətlənmiş uşaq" kitabı ilin bestselleridir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildə Amazon online satış saytında ən çox satılan kitab "Harri Potter və Lənətlənmiş uşaq" kitabı olub.

Bu kitab əsasında bu ilin yayında səhnəyə qoyulmuş pyes Londonda böyük səs-küyə səbəb olub. Pyes rejissor Con Tiffani tərəfindən tamaşaya qoyulub. Ssenarist Cek Torn pyesi Harri Potter kitablarının müəllifi Coan Roulinqin orijinal ideyası əsasında yazıb.

Bestsellerlər siyahısının ikincisi neyro-cərrah Pol Kalanitini "Nəfəs havaya çevriləndə” adlı memuarı, üçüncüsü isə Con Qrişemin "Xəbərçi” əsəridir. 
 
Aktual.az 
Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR