İlham Əliyevin İran səfərinin vaxtı bəlli oldu

İlham Əliyevin İran səfərinin vaxtı bəlli oldu

Azərbaycan prezidenti İlham Əliyevin Tehrana nəzərdə tutulan rəsmi səfərinin vaxtı açıqlanıb.

Aktual.Az virtualaz.org-a istinadən xəbər verir ki, səfər fevralın 23-də baş tutacaq. Bu haqda İranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı açıqlanıb.

“Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə çərşənbə axşamı gələcək”-nazir bildirib.

Vaezinin sözlərinə görə, səfər zamanı Azərbaycanla İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq.

Prezidentin Tehrana bu səfəri regionda yaranmış yeni geosiyasi şərtlər kontekstində kritik əhəmiyyət kəsb edir. Bu, İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Azərbaycanla İran arasında ilk yüksək səviyyəli danışıqlar olacaq.

Gözlənilir ki, sanksiyaların ləğvindən sonra yaranan imkanlardan istifadə edən iki qonşu ölkə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək yollarını müzakirə edəcəklər. Habelə İran qazının Gürcüstana nəqli planları barədə müzakirələr olacaq. Bu günlərdə İran Ermənistan üzərindən Gürcüstana ilkin olaraq 200 milyon kubmetr qaz nəql edilməsinə dair ilkin razılaşmanın əldə olunduğunu açıqlayıb. Eyni zamanda gözlənilir ki, səfərdə dolayısı təsirləri getdikcə Azərbaycan üçün də özünü göstərən Suriya böhranı və digər regional mövzular müzakirə olunacaq.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR