İlham Əliyev: "Şamaxıdan Balakənə kimi turizm zonası yaradılacaq"

İlham Əliyev:

«Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir».
 
Dövlət başçısı İlham Əliyev bunu İsmayıllıda velosiped istehsalı zavodunun açılışında deyib.
 
Dövlət başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artdığını bildirib: «Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir».
 
İ.Əliyev bildirib ki, yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, turizm üçün əsas şərtdir. Onun sözlərinə görə, İsmayıllıda digər infrastruktur layihələri icra edilib. İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar.
 
İ.Əliyev rayonda qazlaşdırmanın 67 faizə çatdığını qeyd edib. O, dağlıq relyefi nəzərə alınmaqla bunu gözəl göstərici adlandırıb.
 
Prezident İ.Əliyev Avqustun 10-da Qəbələ və İsmayıllı rayonlarında səfərdə olub. O, Qəbələdə «ASAN xidmət» mərkəzinin açılışında olub və tikintisi davam edən otel, istirahət mərkəzlərinə baş çəkib.
 
Prezident İsmayıllı rayonunda da Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub. «İsmayıllı-2» Su Elektrik Stansiyasının və velosiped istehsalı zavodunun açılışında iştirak edib.
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR