İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

“Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Aktual.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR