İlham Əliyev Londonda Xorvatiya prezidenti ilə görüşdü

İlham Əliyev Londonda Xorvatiya prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək" konfransı çərçivəsində Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olundu.

Azərbaycan Prezidenti İlham Əliyev böyük İpək Yolu və "Cənub" qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışdı.

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparıldı.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR