İlham Əliyev indoneziyalı və qabonlu həmkarlarını təbrik etdi

İlham Əliyev indoneziyalı və qabonlu həmkarlarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.


Məktubda deyilir:
"İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Azərbaycan Prezidenti İlham Əliyevin Qabon prezidenti Ali Bonqo Ondimbaya ünvanladığı məktubda isə deyilir:

"Qabon Respublikasının Prezidenti Zati-aliləri cənab Ali Bonqo Ondimbaya

Hörmətli cənab Prezident,

Qabon Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qabon xalqına sülh və tərəqqi arzulayıram".

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR