Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:
- polkovnik Valeh Cümşüd oğlu Abdullayevə
- polkovnik Şahmar Ənvər oğlu Paşayevə
- polkovnik Ramil Nazim oğlu Cəfərova".