İlham Əliyev Almaniyaya gedir

İlham Əliyev Almaniyaya gedir

Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəcək.

Dövlət başçısının səfərinin məqsədi təhlükəsizlik üzrə illik Münhen konfransında iştirak etməkdir.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə bu gün isveçli həmkarı Marqot Vallströmlə birgə mətbuat konfransı keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmdəyarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev energetika məsələlərinə həsr olunan panel konfransda çıxış edəcək.

Təhlükəsizlik üzrə Münhen konfransı fevralın 12-də başlayacaq. Konfrans 3 gün davam edəcək.

Münhen Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub. Hazırda Münhen təhlükəsizlik konfransı dünyanın 40-dan çox ölkəsindən siyasətçilər, diplomatlar, hərbçilər, iş adamları, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR