Balakəndə ağır itkiylə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 24-də saat 20 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.
Aktual.az
Xəbər 340 dəfə oxunub.