İçkinin ixrac və idxalı 2 dəfə azaldı

İçkinin ixrac və idxalı 2 dəfə azaldı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Aktual.az bildirir ki, Dövlət Gömrük Komitəsindən report-a verilən xəbərə görə, 2016-cı ilin ilk rübündə 2 511,74 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 2 454,28 min dollar yaxud 49,42% (t\xminən 2 dəfə) azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,14%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 6 135,96 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-cü il ilə müqayisədə 6 938,93 min dollar və ya 53,07% (2,13 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,34% təşkil edib.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR