İbrahim Məmmədovun yerini kim tutdu?

İbrahim Məmmədovun yerini kim tutdu?

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini İbrahim Məmmədovun aparıcı olduğu verilişlər “Lider” televiziya kanalının aparıcısı Rövşən Məmmədova həvalə edilib.

Aktual.az  Publika.az-a istinadən xəbər verir ki, bundan sonra AzTV-nin efirində gedən "Günün nəbzi" və “Həftə” analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanacaq.

Artıq Rövşən Məmmədova AzTV-də yüksək vəzifə də verilib.

Xatırladaq ki, bu il sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Məmmədov AzTV-nin sədr müavini vəzifəsindən azad edilib.

Onu da qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində (BDU) dərs deyən Rövşən Məmmədov bundan əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb.

Xəbər 697 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR