Qırmızı dənizdə ABŞ-a məxsus "Star Airs” gəmisi 2 raket zərbəsi ilə vurulub.
Aktual.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Səriya atılan raketlərin hədəfə dəydiyini bildirib.
Britaniyanın "Embry” Dəniz Təhlükəsizliyi Şirkəti isə Qırmızı dənizdə yük gəmisinin Bab əl-Məndəb boğazından keçərkən raketlə vurulduğunu təsdiqləsə də, gəminin Yunanıstana məxsus olduğunu və Marşal adalarının bayrağı altında üzdüyünü bildirib.
Şirkət gəminin sağ tərəfinin zədə alsa da, ekipajın xəsarət almadığını və gəminin təyinat yerinə doğru irəliləməyə davam etdiyini vurğulayıb.
Xəbər 171 dəfə oxunub.