Hökumət niyə qiymətləri artırmağa məcbur oldu?

Hökumət niyə qiymətləri artırmağa məcbur oldu?

Hökumət bu addımı məcburiyyətdən atır. Çünki ölkənin xərcləri artır, neft hasilatı azalır və onu hansısa formada qarşılamaq lazımdır. Nə qədər ki, Neft Şirkəti, dövlət müəssiələri özəlləşdirilməyib, müəyyən sahələrdə, o cümlədən neft emalı sahəsində dövlət inhisarçılığına son qoyulmayıb, hökumət Konstitusiyaya zidd olaraq bizneslə, sərnişin daşımaqla məşğuldur, qanunun aliliyinin və mülkiyyətin toxunulmazlığının təmin olunması istiqamətində ciddi islahatlar həyata keçirilmir, iqtisadiyyata investisiya qoyulması, beləliklə də yeni iş yerlərinin açılması, büdcə gəlirlərinin əhəmiyyətli artması istiqamətində ciddi problemlər olacaq, cərimələrin, rüsumların artırılması davamlı xarakter alacaq.
Aktual.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR