Hökməlidə villada partlayış zamanı xəsarət alan aparat rəhbəri vəfat etdi

Hökməlidə villada partlayış zamanı xəsarət alan aparat rəhbəri vəfat etdi

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" MMC-in Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Aktual.az report-a istinadən bildirir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılmış və oradakı xəstəxanalardan birinə yerləşdirilmişdi.
O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  
Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.
M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər. 
Xatırladaq ki, M.Abbasov "Azəravtoyol" MMC-də Aparat rəhbəri vəzifəsində işləyib. 
 
Aktual.az 

Xəbər 804 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR