Hindistanın tanınmış aktyoru Om Puri vəfat edib

Hindistanın tanınmış aktyoru Om Puri vəfat edib
  • DÜNYA

Hindistanın tanınmış aktyoru Om Puri dünyasını dəyişib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aktyor yanvarın 5-də Mumbayda 66 yaşında vəfat edib. Ailə üzvləri Om Purinin ürək tutmasından öldüyünü bildiriblər.

Aktyor kimi 80-ci illərdən karyeraya başlayan sənətçi hind filmlərində əsas obrazlarda çıxış edib. O, "Yürüş”, "Yaralıların fəryadı”, "Cərəyan”, "Canavar”, "Şərq Şərqdir”, "Şifrə 46” və s. filmlərdə əsas obrazları yaradıb. 

Om Puri çoxsaylı ingilis filminə də çəkilib və 2004-cü ildə Britaniya kino sənayesinə verdiyi töhfələrə görə "OBE” kino mükafatına layiq görülüb. 
 
Aktual.az
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR