Hindistanda torpaq əvəzinə ödənişsiz təhsil təklif edildi

Hindistanda torpaq əvəzinə ödənişsiz təhsil təklif edildi
  • DÜNYA

Hindistanın Maharaştra ştatında Mumbay-Naqpur sürətli yolun inşası üçün torpaq sahəsini verməyə hazır olan valideynlərin uşaqlarına ödənişsiz məktəb və ali təhsil təklif ediblər.

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə universityworldnews.com məlumat yayıb. 

Hindistanın mərkəzi hissəsində Maharaştra ştatında yaşayış rayonlarından keçəcək 710 km uzunluğu olan Mumbay-Naqpur sürətli yolunun tikintisi gedir.  

Bunun üçün insanlar öz torpaq sahələrindən imtina ediblər, bunun əvəzində isə onların övladlarına ödənişsiz təhsil (yalnız məktəb deyil, eləcə də ali) almaq təklif edilir. Ştat hakimiyyətinin bu qərarı yolun inşaası ilə məşğul olan təşkilatlar tərəfindən də dəstəklənib. 

Mumbay və Naqpuru birləşdirəcək yolun tikintisi layihəsi 2015-ci ildə təqdim edilib və ştatın ən ambisiyalı layihələrindəndir. 
 
Aktual.az
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR