Hillari Klinton Bill Klintondan - Boşanır

Hillari Klinton Bill Klintondan - Boşanır
  • DÜNYA

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton əri Bill Klintondan boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət edib. 

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, artıq "Christian Times Newspaper” qəzeti boşanma barədə təqdim edilən aktların nüsxəsini də yayımlayıb. 

Qəzetin məlumatına görə, ABŞ prezidentliyinə Demokratlardan keçmiş namizəd Hillari Klinton 1975-ci ildən ailəli olduğu həyat yoldaşından fikir ayrılıqları ucbatından boşanmaq qərarına gəlib. 

"Christian Times Newspaper” qəzetinin yazdığına görə, cütlük artıq çoxdandır ki, ayrı yaşayır. Əgər boşansalar onlar mülklərini də bölüşdürməlidirlər. 

Hələ ki, Klintonlar ailəsi boşanmaqla bağlı xəbərlərə şərh vermirlər. Ancaq bəzi KİV nümayəndərləri artıq uzun müddətdir ki, cütlüyün sırf peşəkarlıq ucbatından bir yerdə göründüklərini bəyan edirlər. 
 
Aktual.az 
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR