Heydər Əliyevin Suriyadakı məxfi missiyası

Heydər Əliyevin Suriyadakı məxfi missiyası

Suriyanın sabiq vitse-prezidenti 2012-ci ildə ölkədən qaçan Faruk Əş-Şaraa kitab yazıb.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” nəşrinin jurnalisti Abdel Rəhman Ər-Rajid bildirib.

Jurnalistin yazdığına görə, Faruk Əş-Şaraanın harda olması barədə indiyə qədər məlumat yoxdu, o ya yeraltı bunkerdə, ya da ki öz evində gizlənir.

“Sovet İttifaqı hakimiyyət böhranının tənzimləməsində iştirak etməzdən öncə Dəməşqdə prezident Hafiz Əsəd və qardaşı Rifat Əsəd arasında münaqişə baş vermişdi. Rifat Əsəd 1984-cü ildə səhhəti ilə problemləri olan prezident Hafiz Əsədin əlindən hakimiyyəti almağa cəhd edib. Hafiz Əsəd indiki prezident Bəşər Əsədin atasıdır. Rifatın tərəfində olan qoşun, prezidentin xəstəliyi ilə ölkə idarəçiliyində yaranan boşluqdan istifadə edərək Dəməşqə nəzarəti ələ keçirdilər.

Nəticədə Dəməşq iki düşərgəyə bölündü: bir tərəfdən ələvilər tərəfindən dəstək alan Rifatın qoşunları, digər tərfədən isə onun qardaşına sadiq qalan qoşunlar dayanmışdı. Hafiz xəstəlikdən yaxa qutarmağa çalışdığı halda, Suriya paytaxtının mərkəzi toqquşmanın bir addımlığında idi”, - Faruk Əş-Şaraa yazır.

Kitabda deyildiyinə görə, Sovet hakimiyyəti SSRİ Nazirlər Şurasının sədrinin müavini Heydər Əliyevi Suriyaya göndərməyi qərara alır. O, Dəməşqə gəlir və ölkədə daxili vəziyyəti anlamaq üçün Rifat Əsədlə görüşmək istəyir.

Əş-Şaraa Hafiz Əsədin bu xahişə qarşı olmadığını təsdiqləyib. Prezident, həmin dövrdə ölkənin vitse-prezidenti olan Faruk Əş-Şaraadan Əliyevi görüşlərdə müşayiət etməyi xahiş edib. Məhz bu səbəbdən Əş-Şaraa hadisələrin necə inkişaf etdiyini, eləcə də Rifat və Əliyevin nə haqqda danışdığını bilir.

Bundan sonra Hafiz Əsəd öz qardaşını ölkənin vitse-prezidenti vəzifəsinə təyin edir və onun hakimiyyət səlahiyyətlərini azaldır. Əş-Şaraanın fikrincə, Hafiz Əsəd bunu ona rəqib olan qardaşından yaxa qutarmaq üçün edib və bunu mümkün qədər layiqincə etməyə çalışıb. Hafiz qardaşını öz müavini təyin edir və eyni zamanda da Əş-Şaraaya Rifatın Suriyadan sürgünü üçün hazırlıqlar görməyi tapşırır.

Müəllif, “Mən, Rifatın Parisə vitse-prezident kimi səfərini təşkil etmək üçün daima Fransa səfiri ilə əlaqədə idim, Rifat orada qalmalı idi. Mən öz xahişimi dəfələrlə təkrar etsəm də, fransızlar öz qərarlarını dəyişmədilər, bu isə ölkələrimiz arasında müəyyən gərginliyə səbəb oldu”.

Əş-Şaraa fransızlardan qəti etiraz aldıqdan sonra sovet müttəfiqinə üz tutur.

“Mən SSRİ-nin Dəməşqdəki səfiri Vladimir Yuxin ilə əlaqə saxladım. Yuxin dost dövlətin səfiri kimi Rifat ilə problemlərin bütün incəliklərini bilirdi. Ona görə də bütün sovet rəhbərliyi, əsasən də Dəməşqdə olan Nazirlər Şurasının sədri Heydər Əliyev vəziyyəti birbaşa öyrənmişdi. Sovet rəhbərliyindən cavab tez bir zamanda gəldi, “onların xahişini təmin etdilər”. Və Hafiz Rifatı vitse-prezidenti kimi “onun statusuna uyğun şəkildə ali zabit heyətinin müşayiəti ilə” Moskvaya rəsmi səfərə yola salmaq qərarına gəlir. Hafiz qardaşı ilə bərabər ölkədən ona sadiq olan 70-ə yaxın hərbçini sürgün etdi.

Rifat Suriyadan getməyə həvəslə razılaşdı, bu isə böhranın əlverişli həll edilməsinə gətirib çıxardı. Amma Hafiz bununla kifayətlənmədi. O, Rifatın ətrafında baş verənlərin bütün xırdalıqlarını bilmək istəyirdi, bu səbəbdən də o, Moskvaya öz adamını da göndərir. Rifatla Moskvaya Əş-Şaraa, eləcə də təhlükəsizlik qüvvələrinin bir neçə nümayəndəsi gedir.

Onların sayı Rifatın ətrafında Moskvaya “məcburi istirahətə göndərilən” adamların sayından az idi. Kreml vəziyyəti məharətlə idarə edirdi. Rifat və onu müşayiət edənləri aeroportda rəsmi protokola müvafiq olaraq qarşıladılar. Daha sonra rəsmi danışıqlar aparıldı.

Əş-Şaraa Rifatın Hafizə görüşün bütün detallarına, görüşlərə, eləcə də televiziyada çıxışına dair bütün informasiyanı verdiyini xatırlayır. Rifatın hər sözü mühüm idi. “Mən rusların Rifatı öz məqsədlərində istifadə edəcəyindən və ya onun Suriyada hakimiyyət böhranına dair hansısa təfərrüatları danışacağından qorxurdum”.

Bu qorxulu qarşıdurmada Rifat Əsədin vəziyyəti öz xeyrinə çevirmək üçün yetərincə imkanı yaranmışdı. Buna onun ali hərbi rəhbərlik ilə etibarlı münasibətlər vasitəçilik edirdi. Qardaşının xəstəliyi zamanı o, ölkədə hakimiyyəti əlinə ala bilərdi. Amma Rifat bunu etmədi. Bunun cavabında isə Hafiz ondan ölkəni tərk etmək tələb etdi, bütün bunlar rejimi saxlamaq üçün idi. Rejimin xaos və dağılmaqdan qorunmasında Moskvanın mühüm rol oynadığını demək lazımdır.

Həmin hadisələri xatırlayarkən, biz dünənki və bugünkü Moskva, eləcə də dünənki və bügünkü Əsəd arasındakı fərqi görürük. Bəşər Əsəd Yaxın Şərq regionunda baş verən bir çox siyasi və sosial problemlərin arxasında durur. Əgər o, beş il öncə getsəydi, böhran kütləvi qətllər və dağıntılar silsiləsinə çevrilməzdi.

Onun hakimiyyətdə olması siyasi rejim, onun ailəsi, onun dini icması, ölkə və ümumilikdə region üçün daha da böyük problemlərə gətirib çıxaracaq, eləcə də terror təhlükəsini artdığı bütün dünyada vəziyyəti dərinləşdirəcək.

Əgər ruslar 1984-cü ildə etdiklərini yenə də təkrarlayarlarsa və Əsədi öz ərazilərində qəbul etmə çağırışlarını dəstəkləyərlərsə, bu faciənin qarşısını ala biləcəklər.

Tezliklə hamı Əsədin artıq hakimiyyətdə qala bilməyəcəyini dərk edəcəklər: onu hələ də dəstəkləyirlər, amma rejim artıq çöküb. Ruslar onu devirməyə yardım etsələr, müsbət rol oynamış olacaqlar. Bununla Suriya faciəsinə son qoymaq olar.

Xəbər 922 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR