Həsən Əliyev küçəsində yeni yol çəkilib - FOTO

Həsən Əliyev küçəsində yeni yol çəkilib  - FOTO

Bakının Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yolötürücünün üzərində yeni yol hissəsi salınıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitələrinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması ilə bağlı atılan məqsədyönlü addımların tərkib hissələrindən biridir.

Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtüyü döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb.

Bundan öncə nəqliyyat vasitələri geri dönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.

Yeni yolda işlər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birgə aparılıb.

Qeyd edək ki, yeni tikilən yollar Prezident İlham Əliyevin göstərişinə əsasən aparılır.\trend

Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR