ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşüblər.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
`Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə etmək üçün görüşməkdən məmnun olduq` - deyə, o əlavə edib.