Həbsxanadan 174 məhbus qaçdı

Həbsxanadan 174 məhbus qaçdı
  • DÜNYA

Haitidə 174 məhbus mühafizəçini öldürərək həbsxanadan qaçıb.

APA-nın "Röyters" agentliyinə istinadən verdiyi xəbərə görə, insident Haitinin şimalındakı Arkahay yaşayış məntəqəsində qeydə alınıb.

Haitinin ədliyyə naziri deyib ki, məhbuslardan biri həbsxananın hasarından yıxılaraq ölüb. Məhbusların həbsxanada silah ələ keçirdiyi bildirilir. 

"İnsident zamanı bir mühafizəçi ölüb, iki məhbus yaralanıb", - deyə nazir qeyd edib.  
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR